Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dini mərasim keçirildi: Çox sayda insan dənizə atıldı - FOTOlar

Dini mərasim keçirildi: Çox sayda insan dənizə atıldı - FOTOlar

Tarix: 7 Yanvar 2024 21:02

Xristian inancına görə, Həzrəti İsanın vəftizinin 2024-cü ildönümü ilə əlaqədar İstanbulda Fənər Rum Patriarxlığının həyətində yerləşən Aya Yorgi kilsəsində dini mərasim təşkil edilib.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, mərasimi Fənər Rum Patriarxı Bartolomeos idarə edib. Tədbirdə dualar oxunub, ziyarətə gələnlər şam yandırıblar.

Təxminən dörd saat davam edən tədbirdən sonra Haliçdə (Qızıl Buynuz buxtası) dənizdən xaç çıxarma mərasimi keçirilib. İstanbul Rum Patriarxı Bartolomeos və mərasimə qatılanlar kortec şəklində Haliç sahilinə gediblər. Patriarx Bartolomeos Haliçdə dənizə xaç atıb.

Onlarla insan xaçın arxasınca dənizə tullanıb. Xaçı dənizdən çıxardan şəxs isə Dedeağaçdan İstanbula gələn Kostas Kipros olub.

Xaç çıxarma mərasimi çox sayda insan tərəfindən maraqla izlənilib. Eyni zamanda mərasim zamanı geniş təhlükəsizlik tədbirləri görülüb.

Haliçlə yanaşı digər bölgələrdə də xaç çıxarma mərasimləri baş tutub.

"Çox xoşbəxtəm və hər kəsə ən yaxşısını diləyirəm. Bu gün xaçı çıxarmaq üçün dənizə baş vurmağa qərar verdim. Uğurlu günümdür, xaçı çıxardım. Çox xoşbəxtəm", - deyə xaçı dənizdən çıxardan Kostas Kipros qeyd edib.

Milli.Az


Etiketlər:  Dini mərasim keçirildi Çox sayda insan dənizə atıldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ