Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salacaq

Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salacaq

Tarix: 7 Yanvar 2024 23:44

Səudiyyə Ərəbistanı bütün bölgələrdə, o cümlədən Ər-Riyad üçün əsas Asiya bazarında alıcılar üçün neftin qiymətlərini aşağı salacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat dərc edib.

Məlumata görə, "Saudi Aramco" "Arab Light" markalı yanacağın maya dəyərini bir barrel üçün 1,5-2 dollar ucuzlaşdıracaq.

Neft nəhəngi həmçinin Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerikaya fevral ayı tədarüklərinə endirim edib.

"Neft istehlakı adətən fevral və mart aylarında azalır. Neft emalı zavodları bu müddətdən bəzi zavodları təmir üçün bağlamaq üçün istifadə edir", - hesabatda deyilib.

Milli.Az


Etiketlər:  Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salacaq


RƏYLƏR