Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur rus alkoqoldan müalicə aldı, Mədinəyə getdi: İndi “ayıq yaşayın” nəsihəti verir - FOTOlar

Məşhur rus alkoqoldan müalicə aldı, Mədinəyə getdi: İndi “ayıq yaşayın” nəsihəti verir - FOTOlar

Tarix: 9 Yanvar 2024 08:34

Döyüş dünyasında qış fasiləsi başa çatdı. Boks, MMA və digər döyüş sənətlərindən demək olar ki, ciddi hadisə yox idi.

Milli.Az publika.az-a istinadən xəbər veir ki, qalmaqallı Aleksandr Yemelyanenko demək olar ki, bütün idman dünyası üçün maraqlı addım atdı. Ancaq qeyri-adi və xoş olan odur ki, o, qalmaqallı, alkoqollu macəra ilə deyil, tamamilə fərqli hadisəylə diqqət mərkəzinə düşdü.

İnquşetiyada alkoqol asılılığından müalicə olunan Aleksandr bu yaxınlarda Səudiyyə Ərəbistanına gedib. Məşhur döyüşçü dərhal Mədinəyə yollandı və burada Məhəmməd peyğəmbərin dəfn yeri olan əfsanəvi Əl-Məscid ən-Nəbəvi məscidini ziyarət etdi. Üstəlik, Yemelyanenko özü üçün ərəb adı seçdi, baxmayaraq ki, bu, sadəcə bir zarafat idi.

"İndi mən ərəb adı seçməliyəm? Seçin, sizə buraxıram. Əbubəkir? Mən pis heç nə görmürəm, gözəl addır. İndi mən Əbubəkir olacağam", - deyə Aleksandr Mədinədəki dostuna mesaj ünvanlayıb.

Bir az sonra Yemelyanenko "ayıq tətil" elan edib, Bunu ondan eşitmək xoş idi, həm də çox qeyri-adi: "Ən yaxşı tətil ayıq tətildir. Ayıq istirahət etməyi öyrənin. Uşaqlarımızdan öyrənin - onların gülmək və əylənmək üçün heç nəyə ehtiyacı yoxdur. Onlardan nümunə götürün və ayıq yaşayın".

Aleksandrın yeni il tətilinə həsəd aparmaq olar. Azarkeşləri ümid edir ki, Yemelyanenkonun müsbət addımları karyerasına təsir edəcək. Artıq, promouterlərin onunla bağlı çox böyük planları var.

"2024-cü il üçün üç promosyonda çıxış etmək planları var. Hazırda danışıqlar aparılır. Hər şey bir araya gəlsə, o zaman bu döyüşlərdən biri mütləq çox səs-küylü olacaq. Və bu, Aleksandrın karyerasında ən gəlirli müqavilələrdən biri olacaq. Lakin sözləşmə onun idman forması ilə bağlı şərtləri ciddi şəkildə müəyyənləşdirəcək. Hər şey yaxşı olarsa, müqavilə uzadılacaq. Saşa çox tənqid olunur. Aydın və uzun döyüş cədvəlinin formatı ona uyğun gəlir", - deyə meneceri Nikita Burçak açıqlama verib.

Hazırda Aleksandr üçün əsas alkaqoldan uzaq olmaqdır. Döyüşçü spirtli içkilərdən çəkinməyə davam edərsə, o, yaxşı nəticə göstərəcək. Həm rinqdə, həm aktaqonda, həm də döyüş meydanın kənarında.

Milli.Az


Etiketlər:  Məşhur rus alkoqoldan müalicə aldı Mədinəyə getdi İndi ayıq yaşayın nəsihəti verir FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ