Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Döyüş mövqeyində güllələnən erməni zabitin FOTOsu

Döyüş mövqeyində güllələnən erməni zabitin FOTOsu

Tarix: 9 Yanvar 2024 19:54

Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin döyüş mövqeyində güllələnən zabit Karen Araikoviç Karapetyan Araqatsotn rayonunun Əştərək (Voskevaz) icmasından olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, keçmiş icma başçısının "Ermənistan xəbərləri"nin müxbiri ilə söhbətində dediyinə görə, 23 yaşlı Karenin kiçik bir qardaşı var.

"Karen yaxşı ailədən çıxıb. Uşaqlıq dostumun oğlu idi. Karen institutu bitirdikdən sonra xidmətə getdi" - deyə o bildirib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 9-da saat 06:20 radələrində N saylı hərbi hissənin döyüş mövqeyində müqaviləli əsgər tərəfindən güllələnən Karen Araikoviç Karapetyanın güllə yarası almış meyiti tapılıb. Məlumata görə, zabit yatdığı yerdə güllələnib.

"Hraparak"ın məlumatına görə, yanvarın 9-da səhər saatlarında Vardenis postlarından birində xidmət edən çağırışçı həmin postda xidmət edən zabitə xidməti avtomatdan açdığı atəşlə ölümcül yara vurub.

Bu arada, erməni mediası insidentə görə korpus komandirini günahlandırıb.

"Mənbənin sözlərinə görə, insident korpus komandiri Qaregin Poqosyan evdə yatarkən baş verib. Korpus komandiri tabeliyində olanlarla normal münasibətdə olsa, zabitlər və əsgərlər arasında yaranan mübahisələri həll etməyə çalışsaydı, qətl baş verməzdi" - erməni mediası yazıb.

Milli.Az


Etiketlər:  Döyüş mövqeyində güllələnən erməni zabitin FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ