Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xamenei seçkilərə qatılmayanları təhdid etdi

Xamenei seçkilərə qatılmayanları təhdid etdi

Tarix: 9 Yanvar 2024 21:36

İranın ali dini lideri Əli Xamenei seçkilərdə iştirak etməyən vətəndaşları təhdid edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, o, bu barədə bu gün Qum şəhərindən olan bir qrup şəxslə görüşündə deyib.

"Düşmənin strateji siyasəti vətəndaşları seçkilərdən uzaq saxlamaqdır. Seçikərdə iştirak etməmək düşmənə xidmət etməkdir", - Xamenei bildirib.

Qeyd edək ki, siyasi qruplaşmalar və müxalif cərəyanlar martın 1-də İranda keçiriləcək parlament seçkilərində iştirak etməməyə çağırıb.

Müstəqil mərkəzlərin keçirdiyi rəy sorğularının nəticələrinə görə, 12-ci parlament seçkilərində vətəndaşların iştirakı ən aşağı səviyyədə olacaq.


Etiketlər:  Xamenei seçkilərə qatılmayanları təhdid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ