Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 07:34
Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri yəhudi dövləti ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını bildiriblər, lakin İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə nail olmaq üçün deyil.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.
"Normallaşmaya gəlincə, hesab edirəm ki, bunda açıq maraq var. Bu səfər zamanı getdiyim ölkələrin demək olar, hamısı regionda inteqrasiyaya nail olmaq istəyir. Onların bəziləri artıq bu istiqamətdə real addımlar atıblar. Digərləri, məncə, eyni şeyi etməkdə maraqlıdırlar", - Blinken deyib.
"Ancaq eyni dərəcədə aydındır ki, bu, fələstinlilər və nəticədə Fələstin dövlətçiliyi üçün siyasi perspektivlərin əvəzi və ya hesabına deyil. Əksinə, bu sülh istənilən inteqrasiya səyinin, istənilən normallaşma səyinin tərkib hissəsi olmalıdır. Bu, səfər zamanı, o cümlədən Səudiyyə Ərəbistanında məsləhətləşmələr zamanı da tam aydın oldu", - ABŞ dövlət katibi əlavə edib.
Yanvarın 4-də Blinken İsrail, Türkiyə və bir sıra ərəb dövlətlərinə səfərləri əhatə edən Yaxın Şərq turuna çıxıb. 2023-cü ilin dekabrında "Axios" portalı mənbələrə istinadən xəbər verib ki, ABŞ diplomatiyasının rəhbəri yanvarın ilk həftəsinin sonunda İordan çayının qərb sahilində, eləcə də İsrail, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında rəsmilərlə Yaxın Şərq münaqişəsinin həllini müzakirə etmək niyyətindədir.