Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 09:24
Vatsap növbəti funksiyasını təqdim edəcək.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Yaxın gələcəkdə istifadəçilər messencerdə fon silmədən yararlanaraq stikerlər hazırlaya və redaktə edə biləcəklər. Bunun üçün tətbiqdə xüsusi alət də yer alacaq. Yeniliklə istifadəçilər mövcud şəkilləri redaktə etmək imkanı da əldə edəcəklər.
Hazırda funksiya bəzi beta testçiləri üçün əlçatandır. Yaxın gələcəkdə yeniliyin geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.