Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Holcim Azərbaycan tullantıların idarə olunmasında həll yollarını təklif edir

Holcim Azərbaycan tullantıların idarə olunmasında həll yollarını təklif edir

Tarix: 12 Noyabr 2019 09:54

Bakı. Trend:

Ətraf mühitin mühafizəsi, təbii ehtiyatların qorunması və materialların təkrar emalı kimi mövzuları əhatə edən X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisinə iki gün qalır.

Trend-in məlumatına görə, Holcim Azərbaycan bu sərgiyə innovativ həll yolları ilə qoşulacaq, təkər və neft tullantılarının utilizasiyası ilə bağlı imkanlarını və həllərini nümayiş etdirməyi nəzərdə tutur. Bu texnologiya LafargeHolcim qrupuna daxil olan 50 ölkədə yerləşən 180 sement zavodunda tətbiq olunur və sərgidə Geocycle brendi altında təqdim olunacaq.

Holcim Azərbaycan öz beynəlxalq təcrübəsinə əsaslanaraq Azərbaycanda tullantıların dayanıqlı idarə edilməsi modelini təklif edir. Buraya təkər, neft və digər tullantıların sement sobalarında ekoloji qaydalara uyğun olaraq utilizasiyası mümkündür. Bu həllər AMT (Ağır Məişət Tullantıları) zibil poliqonuna aparılması ilə bağlı öhdəliklərin azaldılmasını, tullantıların idarə edilməsi imkanlarının yaxşılaşdırılmasını və daha təmiz yaşayış mühitinə töhfə verilməsini təmin edir. Əlavə sərmayə yatırmaqla, innovativ, xərc baxımından qənaətli və ekoloji cəhətdən üstün olan bu üsulu Holcim-in Qaradağ Sement zavodunda həyata keçirmək olar.

Geocycle - LafargeHolcim qrupuna daxil olan və tullantıların idarə olunması xidməti göstərən aparıcı qlobal operatorlardan biridir. Bizim yanaşmamız - müştərilərimizin və cəmiyyətimizin tullantılarını minimuma endirmək və təyinatını dəyişdirmək üçün ən səmərəli və davamlı həllər tapmaqdır. https://www.geocycle.com/

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Holcim Azərbaycan tullantıların idarə olunmasında həll yollarını təklif edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ