Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TOGG-un Avropaya ixracı bu ölkədən başlayacaq

TOGG-un Avropaya ixracı bu ölkədən başlayacaq

Tarix: 10 Yanvar 2024 14:18

Türkiyənin ilk yerli istehsal TOGG avtomobilinin Avropaya ixracı Almaniyadan başlayacaq.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, bu barədə TOGG-un CEO-su Gürcan Karakaş bildirib.

"TOGG avtomobilinin Avropa bazarına daxil olmasını planlayırıq, belə ki, ilin sonuna qədər avtomobilin Almaniyaya ixracını hədəfləyirik", - deyə o əlavə edib.

Karakaş onu da vurğulayıb ki, 2024-cü il üçün biznes planı 47 min avtomobilin istehsal edilməsidir ki, bunun kiçik bir hissəsi ixrac üçün nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

Milli.Az


Etiketlər:  TOGG un Avropaya ixracı bu ölkədən başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ