Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Heç kimin ailəsini dağıtmamışam"

Tarix: 10 Yanvar 2024 20:15

"Məndən öncəki ailəsindən narazıçılığı var idi, ev-eşiksiz qalmışdı. O həyatı haqda nəsə demək istəmirəm. Hacıbaba ailə üçün yaranmışdı, amma gərək dilini tapardın".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova "O üz" verilişində deyib. O, aktyorla bağlı danışaraq, onun qısqanclıqlarından söz açıb:

"Desəydi, bunu geyinmə, razılaşırdım. Biz ailəli olduğumuz müddətdə bir dəfə ana, bacı qapısı açmamışam. Anamı görmək istəyəndə sürücünü göndərirdi, anam gəlirdi. Gərək onun dediyi olardı. İstədiyini et, dünyanın ən xoşbəxt qadını edəcək səni".

Arzu aktyorla ailə quran zaman yaşının az olması haqda suallara "Heç kimin ailəsini dağıtmamışam. Məndən əvvəl boşanmışdı. O da subay idi, mən də tək. Belə ailə qurmuşuq" cavabını verib.

Milli.Az


Etiketlər:  Heç kimin ailəsini dağıtmamışam


RƏYLƏR