Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti: Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir

Azərbaycan Prezidenti: Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir

Tarix: 10 Yanvar 2024 21:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib.

"Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Milli.Az


Etiketlər:  Azərbaycan Prezidenti Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ