Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada səfərbərlikdən qaçmağa çalışan 19 nəfər çayda boğulub

Ukraynada səfərbərlikdən qaçmağa çalışan 19 nəfər çayda boğulub

Tarix: 11 Yanvar 2024 06:34

2022-ci ilin fevralından bəri Ukraynada səfərbərlikdən qaçmağa çalışan ən azı 19 nəfər Rumıniya sərhədindəki Tisa çayında boğulub.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"2022-ci ilin fevral ayından Tisada 19 kişi həlak olub. Ona görə də sizdən sərhədi keçməyin təhlükəsiz olacağını iddia edən fırıldaqçılara inanmamağınızı və özünüzü təhlükəyə atmamanızı xahiş edirik"-deyə, məlumatda vurğulanıb.

Xəbərdə o da qeyd olunub ki, çərşənbə günü sərhədçilər yarı huşunu itirmiş kişini çaydan çıxarıblar. O, sərhədi keçməkdə kömək üçün 5 min dollar ödədiyini, lakin sərhədi vəd edilən rəsmi keçid məntəqəsindən keçmək əvəzinə, Tisa çayını qaranlıqda keçmək təklif edilib.


Etiketlər:  Ukraynada səfərbərlikdən qaçmağa çalışan nəfər çayda boğulub


RƏYLƏR