Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

227 saat yemək bişirməklə dünya rekordu qırdı

227 saat yemək bişirməklə dünya rekordu qırdı

Tarix: 11 Yanvar 2024 07:48

Qanalı aşpaz Failatu Abdul-Razak 227 saat yemək bişirməklə dünya rekordu qırıb.

Sonxeber.net qafqazinfo.az-a xarici KİV-ə istinadən xəbər verir ki, xalq arasında "Aşpaz Faila" kimi tanınan Abdul-Razak yanvarın 1-də bişirməyə başladığı yeməkləri yanvarın 5-də bitirəcəyini açıqlasa da, işi yanvarın 10-na kimi davam etdirib.

Abdul-Razak bişirdiyi yeməklərin çoxunu yoxsul, kimsəsiz insanlara və uşaq evlərinə paylayıb.

O, 2023-cü ilin noyabrında 119 saat 57 dəqiqə bişirməklə irlandiyalı aşpaz Alan Fişerin təyin etdiyi Ginnes Rekordunu geridə qoyub. 


Etiketlər:  saat yemək bişirməklə dünya rekordu qırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ