Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 09:00
2021-ci ilin may ayından bu yana Kanadada yerli uşaqların xüsusi məktəblərin ərazisində bir neçə kütləvi məzarlığı aşkar edildikdən sonra ölənin müxtəlif bölgələrində ən azı 33 xristian kilsəsi yanıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə öz araşdırmasını aparan CBC telekanalı məlumat yayıb.
Qeyd olunub ki, yalnız iki dəfə qəza nəticəsində yanğın baş verib. Mütəxəssislər artıq 24 halda yanğının törədildiyini sübuta yetiriblər, qalan hallar hələ də araşdırılır, lakin ilkin məlumata görə, bu yanğınlar da qəsdən törədilib.
Sonuncu dəfə Kanadada xristian kilsəsi 2023-cü ilin dekabrında yanmışdı. Ekspertlər ehtimal edirlər ki, yanğın Kanadada yerli xalqların uşaqları üçün keçmiş məktəblərin ərazilərində kütləvi məzarlıqların tapılması ilə bağlı ola bilər, çünki bu təhsil müəssisələri də Roma Katolik Kilsəsi tərəfindən idarə olunurdu.
Qeyd edək ki, Kanadada köhnə internat kilsə məktəblərinin olduğu ərazilərdə qeydə alınmamış uşaq dəfnləri ilk dəfə 29 may 2021-ci ildə Britaniya Kolumbiyası əyalətinin Kamloops şəhərindəki məktəbin bağçasında tapılan 215 uşağın qalıqları ilə gündəmə gətirilib.
Kilsə məktəblərində qalarkən ölən uşaqların sayı bəzi mənbələrdə 4200 olaraq verilsə də, Komissiyanın hesabatında kilsə idarələri tərəfindən ölüm halları sənədləşdirilmədiyi üçün bu rəqəmin 5995 olduğu qeyd edilib.