Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 11:15
"Həyat bir göz qırpımında uçub gedir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova paylaşımında yazıb. Yeni fotolarını izləyiciləri ilə bölüşən aktrisa bunları əlavə edib:
"Allah bizi saxtakar insanlardan uzaq eləsin. Nə yaxşı ki, həyatda çox istədiyim insanlar var. Həmişə var olun, mənim əzizlərim".
Qeyd edək ki, F.Mütəllimova uzun müddətdir heç bir tədbirlərə qatılmır. O, səhhətinə görə bunu etdiyini açıqlamalarında deyib.