Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya: Bu hücum BMT TŞ-nin qətnamələrini təhrif edir

Rusiya: Bu hücum BMT TŞ-nin qətnamələrini təhrif edir

Tarix: 12 Yanvar 2024 12:48

ABŞ-ın Yəmənə endirdiyi zərbələr BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif edilməsinə və regionda vəziyyəti gərginləşdirmək üçün beynəlxalq hüquqa tam məhəl qoymamağa daha bir nümunədir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram" kanalında yazıb.

"ABŞ-ın Yəmənə qarşı hava hücumları anqlo-saksonların öz dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adı ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamalarının növbəti nümunəsidir" - deyə Zaxarova bildirib.


Etiketlər:  Rusiya hücum qətnamələrini təhrif edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ