Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikayıl Güləddinoğlunun verilişi bağlandı? - AÇIQLAMA

Mikayıl Güləddinoğlunun verilişi bağlandı? - AÇIQLAMA

Tarix: 12 Yanvar 2024 14:40

MTV Azərbaycan telekanalında verilişlərin bağlanması və aparıcıların kanaldan ayrılması ilə bağlı məlumatlar yayılıb.

Yayılan məlumatlara görə "Axşamdan-axşama" verilişinin aparıcısı Mikayıl Güləddinoğlu və "Toya gəlmişik",  "Qırmızı çamadan" həmçinin  "Axşamdan-axşama" verilişinin layihə rəhbəri artıq kanalla yollarını ayırıb və iş yerini tərk edib.

Sonxeber.net bildirir ki, aparıcı Mikayıl Güləddinoğlu məsələ ilə bağlı azxeber.com-a açıqlama verib. 

Onun sözlərinə görə hələ ki, verilişlərin aqibətinin nə olacağı haqda yekun qərar verilməyib:

"Bizim kanalla aramızda anlaşılmazlıq sadəcə mənim "Axşamdan-axşama" verilişimin çəkilişlərinə görə yaranıb. Bilirsiniz ki,mən həm də toy idarə edirəm. Ona görə də bəzən verilişi çəkməli oluram. İndi də əlimdə çəkilmiş verilişlər var. Bu haqda rəhbərliklə hələ ki, danışığımız olmayıb. Onlar verilişlər haqda nə qərar versələr, elə də olacaq".

Aparıcı kanalın rəhbəri Həsən Abdullayev haqda yayılan xəbərlərə də aydınlıq gətirib:

"Yayılan söhbətlərdən tam məlumatsızam. Amma Həsən müəllimin işinin başında olduğunu deyə bilərəm, şahidi olmuşam. Amma hələ ki, rəhbərliklə görüşüb danışmamışam. Qəbul olunmuş heç bir qərar yoxdur".


Etiketlər:  Mikayıl Güləddinoğlunun verilişi bağlandı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ