Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2024 05:05
Çili futbolunun əfsanəsi, hazırda klubsuz olan Arturo Vidalın sevgilisi Sonia İsaza diqqət mərkəzinə düşüb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir iki, o, çimərlik geyimində isti fotoları ilə abunəçilərini sevindirib. 35 yaşlı Sonya bodibildinqlə məşğuldur və idman zalında çəkdiyi videolar sayəsində artıq "İnstaqram"da 3,5 milyon izləyici toplayıb.
Cütlik 2018-ci ildə tanış olub və o vaxtdan bəri ayrılmaz olublar.
Vidal karyerası ərzində "Bayern", "Yuventus", "İnter" və "Barselona" kimi klublarda çıxış edib. O, son olaraq Braziliya təmsilçisi "Atletiko Parananse"də top qovub. Ötən ilin dekabrın 31-də klubla müqaviləsi başa çatıb və həmin vaxtdan azad agent statusuna sahibdir. Sevgilisindən fərqli olaraq Arturo artıq gündəmə gəlmir.