Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2024 11:18
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında İrana avtomobil sənayesi məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artıraraq 176,3 milyon dollara bərabər olub.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.
2023-cü ilin dekabr ayında Türkiyə İrana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 47,1 faiz artıraraq 21,6 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.