Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni hərbçi döyüş mövqeyini tərk etdi, itkin düşdü

Erməni hərbçi döyüş mövqeyini tərk etdi, itkin düşdü

Tarix: 13 Yanvar 2024 22:58

Ermənistanın hərbi qulluqçusu itkin düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda hərbi qulluqçu B.M. ilə əlaqə əksilib.

Məlumata görə, güclü külək və dumana baxmayaraq axtarış-xilasetmə işləri davam etdirilir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür.

Milli.Az


Etiketlər:  Erməni hərbçi döyüş mövqeyini tərk etdi itkin düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ