Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın baş naziri Britaniyanı Rusiyadan müdafiə edəcəyinə söz verib

Ukraynanın baş naziri Britaniyanı Rusiyadan müdafiə edəcəyinə söz verib

Tarix: 14 Yanvar 2024 07:36

Ukraynanın baş naziri Denis Şmıqal Rusiyanın mümkün hücumu zamanı ölkəsinin Böyük Britaniyaya yardım edəcəyini bildirib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Ukrayna həqiqəti" nəşri yazıb.

Ukrayna Nazirlər Kabinetinin rəhbəri bu həftə Kiyev və London arasında bağlanan təhlükəsizlik sənədi ikitərəfli və tərəfdaşlıq sazişi adlandırıb:

"Ukraynaya qarşı təcavüz olarsa Böyük Britaniya 24 saat ərzində reaksiya verəcək. Rusiya bizim dostumuza hücum etmək istəsə, Ukrayna da 24 saat ərzində müttəfiqini və tərəfdaşı olan Britaniyanı bu və ya digər şəkildə reaksiya verəcək"-deyə, o bildirib.

Eyni zamanda, baş nazir digər dövlətlərin də Ukrayna ilə oxşar sazişlər imzalayacağına ümid etdiyini bildirib.


Etiketlər:  Ukraynanın baş naziri Britaniyanı Rusiyadan müdafiə edəcəyinə söz verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ