Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslandiyada yenə vulkan püskürdü

İslandiyada yenə vulkan püskürdü

Tarix: 14 Yanvar 2024 22:18

İslandiyanın Grindavik liman şəhərində yeni vulkan püskürməsi baş verib və lava axını yaşayış məntəqəsinə yaxınlaşır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yüzlərlə kiçik zəlzələ qeydə alındıqdan sonra bütün sakinlər gecə saatlarında təxliyə edilib.

"Lava Grindavikə tərəf axır və ən şimalda yerləşən evlərdən 450 metr məsafədədir. Buna görə də lavanın evlərin üzərinə axması riski böyükdür. Lava Grindavikdə tikilmiş bəndi yarıb", - deyə İslandiyanın "RUV" Televiziya və Radio Şirkətinin məlumatında bildirilib.

Dünən axşam səlahiyyətli nümayəndələr sakinləri təxliyə olunmağa çağırıblar. Saat 03:00-dan 04:00-dək bu rayonda yüzdən çox kiçik zəlzələ qeydə alınıb, səhər saat 05:00-da isə yaşayış məntəqəsinin şərq hissəsində elektrik enerjisi kəsilib. Bütün sakinlərin püskürmədən əvvəl təxliyə edildiyi qeyd olunur.

Milli.Az


Etiketlər:  İslandiyada yenə vulkan püskürdü


RƏYLƏR