Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2024 15:22
Çilidə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 143 min nəfər əhalisi olan Kalama şəhərindən 76 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 143 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.