Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2024 19:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəsmilərindən İsrailin HƏMAS-a qarşı müharibəsi ilə bağlı təşkilatçılarının mövqeyinə görə builki Davos Dünya İqtisadi Forumuna qatılmamalarını tələb edib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
Türkiyənin xəzinə və maliyyə naziri Məhmət Şimşək prezidentin qərarı ilə bu proqramı ləğv edilənə qədər Davos sammitində iştirak etməli idi.
Forumun təsisçisi və icraçı direktoru Klaus Şvab oktyabrda gözlənilməz hücumla 1200-ə yaxın israillini öldürüən HƏMAS-ın bu ölkəyə qarşı terror aktlarını pislədiyini bildirib. ABŞ agentliyi yazır ki, Şvab həmçinin Qəzzanın mülki əhalisinin müdafiəsi üçün tədbirlər görülməsinə çağırsa da, digər fikirləri Türkiyəni narazı salıb.