Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"ın ulduzu bu müğənnini necə məşhurlaşdırdı? - FOTOlar

Tarix: 16 Yanvar 2024 18:50

Bazar günü "Real"ın futbolçusu Vinisius Junior İspaniya Superkubokunun "Barselona" ilə matçının ilk hissəsində het-trik edib. Belə görünür ki, braziliyalı vinger Madrid klubunun əsas ulduzuna çevrilir. Onun klub əfsanələri siyahısına düşüb-düşməyəcəyini zaman göstərəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu günlərdə Vini karyerası ilə yanaşı, şəxsi həyatı ilə də gündəmə gəlir. 2023-cü ilin yayında Vinisius meksikalı müğənni Kenya Os ilə münasibətə başlayıb. Qızın əsl adı Keniya Quadalupe Flores Osunadır. Onun 24 yaşı var.

Qız "Youtube" kanalında mahnı oxuyarkən paylaşdığı videolar sayəsində vətənində populyarlıq qazanıb. Tezliklə ifaçı platformadakı fəaliyyətinə son qoyub və müğənni kimi konsertlər verməyə və kliplər çəkməyə başlayıb. O, indi Meksikanın ən məşhur media simalarından biridir.

Keniya indi artıq dünyada tanınmağa başlayıb. Bu məsələdə əsas rolu Vinisiusla yaşadığı eşq macərası böyük rol oynayır.

Milli.Az


Etiketlər:  Realın ulduzu bu müğənnini necə məşhurlaşdırdı FOTOlar


RƏYLƏR