Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2024 06:58
Amerika xalqı növbəti prezidenti seçmək üçün noyabrda seçkiyə gedəcək. Keçmiş prezident Donald Tramp da ABŞ prezidenti olmaq üçün yenidən namizədliyini irəli sürür. Bu, Ağ Evə qədər uzun bir yoldur və Tramp ilk növbədə öz partiyası olan Respublikaçılar daxilindəki yarışda qalib gəlməlidir. Beləliklə, 2024-cü il seçkilərində Respublikaçılar partiyasının namizədi Demokratların namizədi kimi prezident Co Baydenlə qarşılaşacaq. Yəni iki əsas partiya üz-üzə gələcək.
Sonxeber.net qafqazinfo.az-a istinadən Amerika siyasətində iki əsas partiya barədə məlumatı təqdim edir:
ABŞ-də liberal demokratlar hazırda Ağ Evdədirlər, mühafizəkarlar qanadında olan respublikaçılar isə müxalifətdə. Demokratlar daha çox hökumət dəstəyinə və xərclərinə inanırlar, Respublikaçılar isə ümumiyyətlə daha az xərclər üçün hökumətə çağırışlar edirlər. Respublikaçılar partiyasının namizədini müəyyən etmək üçün təxminən iki il vaxt lazım gəlir.
Tramp 2016-cı ildən prezident seçkilərində qalib gələndən bəri Respublikaçılar partiyasının aparıcı simalarından biri olub. Lakin o, 2020-ci il seçkilərində Demokratların namizədi Co Baydenə uduzub.
İndi isə noyabrda keçiriləcək prezident seçkiləri üçün respublikaçılar ilkin seçkilər adlanan prosesdə öz namizədlərini müəyyən etməlidirlər.
Demokratlar Baydenin namizədliyini uyğun hesab edirlər. Seçkiyə bir ildən çox qalmış nazmizədlər özlərini irəli sürməyə başlayırlar. Hər bir ştat öz partiyasının namizədi kimi istədikləri şəxsə səs vermək üçün seçki keçirir.
Yekun namizəd 2024-cü ilin iyulunda keçiriləcək və böyük siyasi hadisə olan Respublikaçıların Milli Qurultayında (RNC) rəsmi olaraq elan ediləcək.
Bir dövlət öz üstünlük verdiyi namizədi iki yolla seçə bilər
Demək olar ki, bütün ştatlarda ümumi seçkilər gizli səsvermə yolu ilə keçirilir. Az sayda ştatda əl qaldırma yolu ilə partiyadaxili səsvermə var.
Namizədlərin qazandıqları səslərin sayından asılı olaraq onları qurultayda təmsil etmək üçün müəyyən sayda nümayəndələr olur.
Martın "Super çərşənbə axşamı" kimi tanınan günündə bir çox ştatda seçkilər keçirilir. Səsvermə 2024-cü ilin iyun ayına qədər davam etsə də, o zaman kimin qalib gələcəyi bəlli ola bilər.
Televiziya debatları
Ölkədə milyonlarla insan prezidentliyə namizədlərin siyasətlərini izləmək üçün debatlara maraqla baxırlar. İlk televiziya debatları 2023-cü ilin avqustunda başlayıb. Amma indiyə qədər bu debatlar ən populyar namizəd Donald Trampsız keçib. Çünki Tramp praymerizdə qalib gələni dəstəkləyəcəyinə söz verməkdən imtina edib və səhnədə rəqibləri ilə qarşılaşmağa ehtiyac olmadığını bildirib.
Tramp yarışda favoritdir, lakin hər şey dəyişə bilər
Ona qarşı ittihamlara baxmayaraq, Tramp partiyadaxili sorğularda ən populyar namizəd olaraq qalır. O, məxfi sənədləri qanunsuz olaraq gizlətməkdə, porno ulduza ödənişləri ört-basdır etməkdə və seçkilərin nəticələrini ləğv etməyə cəhddə ittiham olunur. Lakin o, bunları rədd edərək ittihamların siyasi olduğunu bildiriir. Ən pis halda o, həbsxanaya düşsə belə, Ağ Ev uğrunda yarışda qala bilər.
Trampın Respublikaçı rəqibləri arasında Florida qubernatoru Ron DeSantis və ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli də var.