Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 232 nəfərə çatıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 232 nəfərə çatıb

Tarix: 17 Yanvar 2024 07:42

Yaponiyanın İşikava prefekturasının Noto bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 232-yə çatıb.

Milli.Az APA-ya istinadən xəbər veir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bazar gününə olan məlumata görə, zəlzələlər nəticəsində 220 nəfər ölüb.

Bildirilib ki, 1036 nəfər xəsarət alıb, 20 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb.

15 mindən çox ev qismən və ya tamamilə dağılıb. İşikava prefekturasında 7800-dən çox ev təsərrüfatı işıqsız, 55 min 500 nəfər isə susuz qalıb.

Körpülərin uçması və yolların dağılması səbəbindən 415-dən çox insanın rabitə əlaqəsi kəsilib. Fəlakət yerində 7 min özünümüdafiə qüvvəsi çalışır.

Milli.Az


Etiketlər:  Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 232 nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ