Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük SAVAŞ SSENARİSİ – ABŞ Avropanı Rusiya ilə üz-üzə qoymaq planını AKTİVLƏŞDİRİR

Böyük SAVAŞ SSENARİSİ – ABŞ Avropanı Rusiya ilə üz-üzə qoymaq planını AKTİVLƏŞDİRİR

Tarix: 17 Yanvar 2024 15:16

Sonxeber.net bizim.media-ya istinadən Surxay Atakişiyevin yazısını tədim edir:

Ötən həftə Almaniyanın "Bild" nəşri sensasion sayıla biləcək məlumat dərc etdi. Nəşr Bundesverin (red. Almaniya Ordusu) məxfi sənədinə istinadən yazıb ki, Almaniya Rusiya ilə NATO arasında 2025-ci ilin yayında başlaya biləcək müharibəyə hazırlaşır:

"Almaniya Müdafiə Nazirliyinin təqdim etdiyi ssenariyə görə, artıq 2024-cü ilin fevralında eskalasiyanın başlanmasını gözləmək olar. Bu zaman Rusiyanın Ukraynaya aktiv şəkildə hücumu ola bilər və gələcəkdə bu hücumun daha da genişlənməsi mümkündür.

Məxfi sənədlər ÜZƏ ÇIXDI - NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR

Bundesverin məxfi sənədinə əsasən, NATO Baş Komandanı şərq cinahına 300 min əsgərin, o cümlədən 30 min Bundesver əsgərinin yerləşdirilməsi ilə bağlı əmr verəcək. Toqquşmanın baş verə biləcəyi ən çox ehtimal olunan yer kimi isə Belarus və Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizi göstərilir. 

"Bild" nəşrinin ehtimalına görə, Rusiya özü üçün ən əlverişli zamanda Avropa ölkələrinə hücum etmək planlarını artıq hazırlayıb:

"Həmin planların məhz ABŞ-ın ludersiz qalacağı zaman intervalında reallaşdırıla biləcəyi ehtimal olunur. Əsas məqsəd isə ondan ibarətdir ki, hazırlıqsız olan ABŞ-ın Avropa ölkələrinə dərhal yardım göstərməsi mümkün olmasın. Ehtimal olunan zaman intervalı ABŞ-da məğlub prezidentin öz səlahiyyətlərini yeni dövlət başçısına təhvil verəcəyi dövrə təsadüf edir. Həmin dövr isə 2024-cü ilin noyabrından 2025-ci ilin yanvar ayına qədər olan mərhələni əhatə edir". 

Yanvarın 15-də isə rəsmi Moskva Almaniyanın "Bild" nəşrinin 2025-ci ildə Rusiya ilə NATO arasında toqquşma olacağı iddiası ilə bağlı məlumatını yalan adlandırıb. Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib: 

"Bild"in bu məlumatını şərh etməzdim. Son vaxtlar bu nəşr də müxtəlif yalanlar dərc etməkdən çəkinmir". 

Təhlükə siqnalları artır... 

Ümumiyyətlə, son vaxtlar Rusiyanın Avropa ölkələrinə hücum edəcəyi barədə müxtəlif fikirlər səslənməkdədir. Məsələn, Belçika ordusunun baş komandanı Mişel Hofman bu yaxınlarda bildirib ki, Rusiya hərbi iqtisadiyyat rejiminə keçib:

"Düşünürəm ki, bizim narahat olmaq üçün əsasımız var. Kremlin dili birmənalı deyil. Onların gələcəkdə ikinci cəbhə aça biləcəkləri istisna olunmur. Bu, ya Moldovada, ya da Baltikyanı ölkələrində ola bilər".

Maraqlıdır ki, Avropadan səslənən bütün fikirlər vahid sonluqla yekunlaşır. Yekunsa ondan ibarətdir ki, Avropa İttifaqı özünün ordusunu yaratmalıdır. Bu ordu NATO standartlarına uyğun formalaşdırılsa da tam müasir və mobil ordu olmalıdır. Çünki NATO-da yekdil fikir yoxdur. Bu qurum Avropanı müdafiə etmək iqtidarında deyil. Bu Ukraynaya münasibətdə özünü aydın şəkildə göstərdi.

Rusiya üzərindən savaş ssenariləri kimə lazımdır?

Bugünkü reallıqdan baxanda Rusiyanın hansısa ölkəyə və hətta Moldava kimi kiçik bir dövlətə hücum edəcəyi inandırıcı görünmür. Çünki Rusiya Ukraynada kifayət qədər güc itirdi. Ona görə də ən azından indiki məqamda Rusiya Ukrayna ilə münasibətlərə tam aydınlıq gətirməli və daha sonra irəliyə baxmalıdır. 

Bununla belə Qərb çox narahatdır. Narahatlıqsa əbəs deyil. 2 illik müharibə və iqtisadi sanksiyalar Rusiyanı nə parçaladı, nə də çökdürdü. Əvəzində Rusiya bu iki ildə ayaqda qalmaq üçün alternativ variantlar üzərində çalışdı və nəticə uğurlu oldu. Bu gün Qərbin sanksiyaları Rusiya üçün heç bir iqtisadi təhlükə yaratmır. Əslində Ukrayna ilə müharibə və sanksiyalar rəsmi Moskvaya imkan verdi ki, yenidən toparlansın. Əlavə xərclərdən imtina edilsin, daha qənaətcil büdcə formalaşsın. 

Qərb Rusiyaya bütün sahələrdə müharibə açanda nəyi nəzərdən qaçırdı?

Qərb bir çox reallıqları nəzərdən qaçırdı. Həmin reallıqlardan biri odur ki, Rusiya istənilən uzun müddətli müharibədən hər zaman qalib çıxıb. Bu Napoleonla müharibədə də, Birinci Dünya Müharibəsində də, İkinci Dünya Müharibəsində də belə olub. Bütün uzun müddətli müharibələrdə Rusiya heç zaman məğlub olmayıb. Bunun da bəlli səbəbləri var.

Müharibə "içki düşkünü" adlandırılan rus "mujiki"nə yenidən özünə gəlməyə, ayağa qalxmağa kömək edir. Müharibə rus "mujiki" üçün bir növ kislarod balonu, adrealindir. Əbəs yerə deyilmir ki, ruslar ac qarnına bir litr "samoqon"la vuruşa bilən nadir xalqdır. Bu tarixdə dəfələrlə sübut olunub. 

Bundan əlavə müharibə rusların genefondunu zənginləşdirən ən yaxşı vasitədir. Bütün müharibələrdən sonra ruslar daha güclü və inamlı olublar. Təsadüfi deyil ki, 2022-ci ilin fevral ayının 22-də Rusiyanı müharibəyə heç kim təhrik etmədi. Əslində bu rus zəkasının verdiyi bir qərar idi. 
Çünki ruslar bir çox dəyərləri itirmək üzrə idi. Milli maraqları bəzi hallarda Qərbin maraqlarının kölgəsi altında qalırdı. Qərbə aludəlik rus kimliyini məhv edirdi. Ona görə də ruslara yeni qan lazım idi. Bu qanı da onlara Qərb verdi. 

Ötən 2 ildə Rusiya kifayət qədər özünü toparladı. İstisnalarla paralel Rusiya əhalisinin çox böyük hissəsi ölkə rəhbərinin arxasında dayandı. Təsadüfi deyil ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin şəxsi reytinqi Qərbin istənilən lideri ilə müqayisəyə belə gəlmir. Co Bayden, Emmanuel Makron, Olaf Şolts və hətta Volodimir Zelenski Putinlə müqayisədə çox zəif və çarəsiz görünürlər. 

Putin daha qətiyyətli və inamlı görünür.

Qərbi də qorxudan Rusiya liderinin bu qətiyyəti və inamıdır. Çünki Rusiya hər zaman Avropada söz sahibi olub. Hətta XIX əsrdə Rusiyanı Avropanın "jandarmı" adlandırırdılar. XX əsrdə də Rusiya SSRİ-nin adıyla dünyada güc faktoru olub. Hadisələrin inkişafı göstərir ki, yaxın illərdə Avropa yenidən Rusiyanın təsir dairəsinə düşə bilər. Bunun üçün isə Rusiyanın həm iqtisadi gücü, həm də siyasi iradəsi var. 

Bunu da Qərbdə çox yaxşı başa düşürlər. 35 trilyon borcun altında əzilən ABŞ-ın Rusiya ilə açıq savaşa girmək lüksü yoxdur. Ona görə də Ağ Evdəkilər Avropa İttifaqını "qurbanlıq" kimi yenidən ayağa qalxan və çox güclü görünən Rusiyanın qabağına atmaq istəyir. Bu səbəbdən ABŞ son vaxtlar Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı informasiya kampaniyasına başlayıb.


Etiketlər:  Böyük SAVAŞ SSENARİSİ ABŞ Avropanı Rusiya ilə üzə qoymaq planını AKTİVLƏŞDİRİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ