Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klub prezidentindən qəribə addım - FOTOlar

Klub prezidentindən qəribə addım - FOTOlar

Tarix: 18 Yanvar 2024 21:08

Braziliyanın "Palmeyras" klubunun prezidenti Leyla Pereyra qəribə addım atıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, təşkil etdiyi mətbuat konfransına yalnız qadın jurnalistləri çağırıb. 

Klub rəsmisi addımı bu cür izah edib: "Dünyada belə şey olmayıb. İlk dəfədir ki, bir mətbuat konfransına ancaq qadın jurnalistlər dəvət alır. Hər kəs sual verirdi ki, niyə qadınları çağırırsan. Kişilərə deyirəm ki, sakit olun. Buna qəzəblənmək olmaz.

Fikrimcə, qadınlar daha çox futbolun içində olmalıdırlar. Niyə Braziliyada yalnız bir yüksək liqa klubunun prezidenti qadındır? Biz istədiyimiz yerlərdə ola bilərik və bugünkü görüşün də səbəbi budur". 

Milli.Az


Etiketlər:  Klub prezidentindən qəribə addım FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ