Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 00:36
ABŞ-ın Ukraynaya əlavə yardım göstərməsi məsələsi Konqresdəki azlıqdan asılıdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
"Düşünürəm ki, Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir. Məsələ buna kiçik bir azlığın mane olub-olmayacağıdır. Yardım ayrılmaması fəlakətli olardı", - Bayden bildirib.
O, respublikaçıların əksəriyyətinin də Kiyevə yardımı dəstəklədiyini qeyd edib.