Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST səhiyyədə süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq etdi

ÜST səhiyyədə süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq etdi

Tarix: 19 Yanvar 2024 06:21

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyədə generativ süni intellektin (Sİ) böyük multimodal modellərindən (LMM) istifadənin riskləri barədə xəbərdarlıq edib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, ÜST ölkələri bu texnologiyaların insan hüquqları sahəsində qanunvericiliyə uyğun olmasını təmin etməyə çağırıb və onların tətbiqinin nəticələrini qiymətləndirmək üçün məcburi auditlərin tətbiqini tövsiyə edib.

"LMM sağlamlıqla bağlı xüsusi məqsədlər üçün istifadə olunmağa başlasa da, sağlamlıqla bağlı qərarlar qəbul etmək üçün bu cür məlumatlardan istifadə edən insanlara zərər verə biləcək yalan, qeyri-dəqiq, qərəzli və ya natamam məlumatlar yaradılması ilə bağlə sənədli sübutlar da var", - təşkilatdan bildirilib.

Risklər həmçinin aşağı keyfiyyətli məlumatların və ya irqi, etnik mənsubiyyət, cinsiyyət və ya yaşa əsaslanan qərəzli yanaşmanın olduğu məlumatların istifadəsindən qaynaqlanır. "Generativ Sİ texnologiyaları kibertəhlükəsizlik baxımından da həssasdır: pasiyentlərin məlumatları və daha geniş şəkildə tibbi yardımın göstərilməsi risk altında ola bilər", - sənəddə deyilir.

ÜST hesab edir ki, təhlükəsiz LMM yaradılmasında, özü də hazırlanma və tətbiq mərhələsinin bütün etaplarında müxtəlif maraqlı tərəflər, o cümlədən hökumətlər, texnologiya şirkətləri və pasiyentlər iştirak etməlidir.


Etiketlər:  ÜST səhiyyədə süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ