Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 12:56
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpinlə yaxşı münasibətlərdən danışaraq, güclü nüvə silahına malik ölkələrin liderləri ilə anlaşmağın yaxşı olduğunu vurğulayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə RBK məlumat yayıb.
"Bilirsiniz, Putin kimi insanlarla münasibət qurmaq yaxşıdır. Sədr Si ilə danışıqlarım olub, onlarla əla münasibətlərim var. Hillari Klinton qalib gəlsəydi, Şimali Koreya, yəni Kim Çen İnlə nüvə müharibəsi aparacaqdınız. Mən onunla da anlaşdım", - o bildirib.
Tramp qeyd edib ki, o, ABŞ prezidenti olaraq qalsaydı, Putin heç vaxt Ukraynaya hücum etməzdi:
"Onların hamısı Trampdan qorxurdu, lakin ona hörmət edirdilər. Bu doğrudur".
Eks-prezident "Trampı geri çağırmağı" təklif edən Macarıstanın Baş naziri Viktor Orbanı da tərifləyib:
"Orban sərt və ağıllı bir liderdir".