Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çılpaq gecədə iştirak edən Kirkorova daha BİR ZƏRBƏ - FOTO

Çılpaq gecədə iştirak edən Kirkorova daha BİR ZƏRBƏ - FOTO

Tarix: 19 Yanvar 2024 18:15

Rusiyanın Xalq artisti Filipp Kirkorov daha bir zərbə alıb. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçi rol aldığı hər kəsin sevimli serialı "Сваты"dan (Nişan) uzaqlaşdırılıb. 

Daha əvvəl isə Kirkorov "Mavi işıqlar", "Milad" konserti və "İlin mahnısı"ndan uzaqlaşdırılıb.

Filipp üçün, öz çevrəsində deyildiyi kimi, bu, ən dəhşətli zərbədir. Çünki onun "İlin mahnısı"ndakı çıxışı sənətçinin əsas mükafatı hesab edilib. 

Kirkorov serialda epizodlardan birində özünü canlandırıb. Həmin epizodda müğənnini "əziz Filip" adlandırırlar. Bu fraqment 2010-cu ildə lentə alınıb. Lakin indi həmin hissə montaj olunaraq çıxarılıb. Bu isə heç bir şəkildə serialın axınına təsir etməyib. 

Qeyd edək ki, Kirkorov bu yaxınlarda Dubaydan qayıdıb. O, orada Rusiyadakı maliyyə itkilərini korporativ tədbirlərdə çıxış edərək kompensasiya edib. 


Etiketlər:  Çılpaq gecədə iştirak edən Kirkorova daha BİR ZƏRBƏ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ