Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2024 13:16
Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılacaq.
Sonxeber.net bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərarla paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılanlar siyahısına əlavə olunub.
Mükafat məbləğlərinin cədvəlini təqdim edirik:
Sıra №-si |
Yarışın növü |
Tutduğu yer və mükafatın məbləği (manatla) |
||
I |
II |
III |
||
1 |
2 |
3 |
4 |
5 |
1. |
Dünya Çempionatı |
|||
idmançı |
15000 |
10000 |
6000 |
|
məşqçi |
7500 |
5000 |
3000 |
|
2. |
Avropa Çempionatı |
|||
idmançı |
10000 |
6000 |
2000 |
|
məşqçi |
5000 |
3000 |
1000 |
|
3. |
Dünya Kubokunun final yarışı (ümumi hesabda) |
|||
komandanın idmançıları |
20000 |
15000 |
10000 |
|
komandanın məşqçiləri |
10000 |
7500 |
5000 |
|
4. |
Avropa Kubokunun final yarışı (ümumi hesabda) |
|||
komandanın idmançıları |
15000 |
10000 |
8000 |
|
komandanın məşqçiləri |
7500 |
5000 |
4000 |
|
5. |
Dünya Kubokunun final yarışı (fərdi) |
|||
idmançı |
6000 |
4000 |
3000 |
|
məşqçi |
3000 |
2000 |
1500 |
|
6. |
Avropa Kubokunun final yarışı (fərdi) |
|||
idmançı |
4000 |
3000 |
2000 |
|
məşqçi |
2000 |
1500 |
1000 |
|
7. |
Dünya birinciliyi (gənclər) |
|||
idmançı |
3000 |
2000 |
1500 |
|
məşqçi |
1500 |
1000 |
750 |
|
8. |
Dünya birinciliyi (yeniyetmələr) |
|||
idmançı |
2500 |
1500 |
1000 |
|
məşqçi |
1250 |
750 |
500 |
|
9. |
Avropa birinciliyi (gənclər) |
|||
idmançı |
2000 |
1000 |
800 |
|
məşqçi |
1000 |
500 |
400 |
|
10. |
Avropa birinciliyi (yeniyetmələr) |
|||
idmançı |
1500 |
800 |
600 |
|
məşqçi |
750 |
400 |
300 |