Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 01:40
ABŞ-ın Pensilvaniya ştatından olan senator Con Fetterman korrupsiya ilə bağlı ciddi ittihamlara məruz qalan Nyu Cersidən olan ermənipərəst qanunverici Bob Menendezi yenidən tənqid edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Fetterman senator Bob Menendezə meydan oxuduğunu bildirib:
"Təbii ki, onun mühakimə olunmaq hüququ var. Amma onun senator olmağa haqqı yoxdur".
Qeyd olunur ki, Fetterman Menendezi istefaya çağıran ilk şəxs olub və Nyu Cersi millət vəkilinin ən açıq tənqidçisinə çevrilib:
"Bu əclafı çoxdan qovmalıydıq. İndi biz bu qətnaməni müzakirə etmək istəyirik və mən yekdilliklə təsdiq olunmasını xahiş edəcəyəm".