Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 11:50
Əfqanıstanda qəzaya düşən Falcon təyyarəsi Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Ehtimal edilir ki, təyyarədə 6 nəfər olub: 4 ekipaj üzvü və 2 sərnişin.
Rosaviasiya xəbər verir ki, təyyarə Qaya (Hindistan) - Daşkənd - Jukovski marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirmiş.
-------
11:05
Əfqanıstanın Bədaxşan vilayətində təyyarə qəzası olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın hakimiyyət orqanları açıqlama verib.
Təyyarənin qəzaya uğradığı əraziyə xilasedici qruplar göndərilib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.