Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlk bağlantı Ərdoğanla olacaq

İlk bağlantı Ərdoğanla olacaq

Tarix: 21 Yanvar 2024 16:00

İlk türkiyəli astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə Türkiyə ilə tez-tez əlaqə saxlayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Gezeravcı stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı 7 dəfə əlaqə quracaq.

Onun ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışacağı bildirilir.

Astronavtının proqramına ailəsi və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə əlaqə də daxildir.

Gezeravcı Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmos Mərkəzi ilə əlaqə quracaq.

Milli.Az


Etiketlər:  İlk bağlantı Ərdoğanla olacaq


RƏYLƏR