Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO)

Tarix: 12 Noyabr 2019 20:44

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, institutun rektoru Ceyhun Məmmədov 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Aİİ rektoru demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən bəhs edib.

C.Məmmədov qeyd edib ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Qeyd olunub ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

C.Məmmədov daha sonra bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, bu sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində gördüyü işlər, atdığı uzaqgörən addımlar dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məqamlar Konstitusiyada, “Dini etiqad azadlığı haqqında” qanunda və digər hüquqi sənədlərdə öz əksini tapıb.

Aİİ rəhbəri qeyd edib ki, Konstitusiyamızın qəbul olunmasından ötən 24 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəliş, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi kimi amillər respublikamızın sürətli inkişafının göstəricisidir. Rektor vurğulayıb ki, bu uğurların kökündə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçıları olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müvəffəqiyyətlə gerçəkləşdirdiyi uzaqgörən siyasət dayanır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib (FOTO)


Etiketlər:  Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ