Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskinin bu qərarı dünya müharibəsini başladacaq

Zelenskinin bu qərarı dünya müharibəsini başladacaq

Tarix: 23 Yanvar 2024 09:28

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın ukraynalıların məskunlaşdığı ərazilərlə bağlı fərmanı dünyanı III Dünya müharibəsinə doğru aparır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı deputat Oleq Morozov bildirib.

"Bu, həm tarixə, həm də siyasi praktikaya nasist yanaşmanın bir nümunəsidir. Alman nasistləri də "tarixi faktorları" əsas gətirərək bir çox Avropa ölkəsinin bütün hissələrini alman elan etdilər. Və sonra İkinci Dünya müharibəsi başladı. Zelenski eyni üsullarla dünyanı Üçüncü Dünya müharibəsinə sövq edir. Amma əslində hər şey tam əksinədir. Ukraynanın qərb bölgələri istisna olmaqla, qalan hər şey tarixi və mənəvi cəhətdən rusdur. Bu, tarixi Rusiyadır. Və belə də olacaq! Siz tarixi aldada bilməzsiniz", - deputat vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski "Rusiya Federasiyasının tarixən ukraynalıların yaratdığı ərazilərdə yaşaması haqqında" fərman imzaladığını bildirib.

Milli.Az


Etiketlər:  Zelenskinin qərarı dünya müharibəsini başladacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ