Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İnter Mayami" "Dallas"la bacarmadı

Tarix: 23 Yanvar 2024 10:24

MLS klubu "İnter Mayami" ABŞ-da yoldaşlıq oyunu keçirilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, rəqib meydanında "Dallas"la qarşılaşan floridalılar 0:1 hesabı ilə uduzub.

"İnter Mayami"nin start heyətində "Barselona"nın dörd keçmiş futbolçusu yer alıb: Lionel Messi, Luis Suares, Serxio Busqets və Jordi Alba.
Bütün matçı yalnız Alba oynayıb, qalan ulduz legionerlər 64-cü dəqiqədə əvəzləniblər.

Qeyd edək ki, əvvəlki yoxlama oyununda Devid Bekhemin komandası Salvador millisi ilə heç-heçə edərək (0:0) qələbə qazana bilməyib.

Milli.Az


Etiketlər:  İnter Mayami Dallasla bacarmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ