Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib

Tarix: 24 Yanvar 2024 06:30

Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.

Belə ki, sənədin lehinə 287 parlament üzvü səs verib.

Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.

Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.

Milli.Az


Etiketlər:  Türkiyə parlamenti İsveçin NATO ya üzvlüyünü ratifikasiya edib


RƏYLƏR