Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti : ''TikTok-da pul yığacağam''

Xalq artisti : ''TikTok-da pul yığacağam''

Tarix: 24 Yanvar 2024 19:30

"İnsanlar mənə deyir ki, sizin yeni rollarınızı görmək istəyirik. Deyirəm, gəlin teatra, orada obrazlarım var. Rejissorlar mənə rol verməlidirlər".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "10-da görüşək" proqramında deyib. Aktrisa rejissorların onu filmə çəkməməsindən şikayətlənib:

"Sponsor qapısına getməyi sevmirəm, etməmişəm də. Heç Mədəniyyət Nazirliyinin qapısı haradan açılır bilmirəm. Bu yaxınlarda yolum ora düşmüşdü, fırlanıb qapını güclə tapdım. Məndə çəkingənlik var. Sponsor lazımdır filmə çəkilməyə. TikTok-da məni sevənlər çoxdur, yazırlar yeni filmlərə çəkil. Düşünürəm ki, TikTok-da insanlara müraciət edim, hesab açıb pul yığım. Deyim ki, ikibölümlü film çəkmək istəyirəm. Yaxşı ssenarilərim var. Hesaba pul yığılsın, mən də film çəkim".


Etiketlər:  Xalq artisti TikTok yığacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ