Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 08:00
ABŞ tezliklə İraqdan qoşunlarının çıxarılması ilə bağlı danışıqlara başlayacaq.
Sonxeber.net APA-ya istinadən xəbər veri ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Vaşinqton və Bağdad "Ali Hərbi Komissiya çərçivəsində dialoqa başlamaq üçün razılaşmaya yaxındır" və bu dialoq zamanı onlar gələcək addımları müəyyən edəcəklər.
Vaşinqton qoşunların çıxarılması qrafikini İraqdakı mövcud vəziyyəti nəzərə almaqla istəyir. Öz növbəsində İraq rəhbərliyi hesab edir ki, qoşunların çıxarılması tarixləri heç bir vəziyyətdən asılı olmamalıdır.