Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur nəşriyyatın işçiləri tətil elan etdi - FOTO

Məşhur nəşriyyatın işçiləri tətil elan etdi - FOTO

Tarix: 25 Yanvar 2024 14:32

"Vogue", "Vanity Fair" və "GQ" kimi məşhur parlaq jurnalların daxil olduğu "Condé Nast" nəşriyyatının üzvləri tətilə çıxıblar. İşçilər əmək qanunvericiliyinin pozulmasını əsas gətirirlər.

Milli.Az sfera.az-a istinadən bildirir ki, 400-dən çox əməkdaş Nyu Yorkdakı qərargah qarşısında 24 saatlıq aksiya keçirib. "Condé Nast"ın baş direktoru Rocer Linçin (Rocer Lynch) iş yerlərinin sayını 5% azaltmaq niyyəti olub. Qeyd edək ki, bundan əvvəl Hollivud və Nyu-Yorkda aktyor və ssenaristlər tətil etmişdilər.

Qalan işçilər də işlərini dayandırıblar. Tətilin davam edib-etməyəcəyi məlum deyil.

"Bir günlük tətil, ilk növbədə, işçilər arasında böyük həmrəyliyin göstəricisidir. Biz həmkarlarımıza önəm veririk və şirkətin danışıqlara ədalətsiz yanaşmasına görə mitinq elan etməyə hazırıq"- deyə "Condé Nast Entertainment"in həmkarlar ittifaqı sədr müavini Ben Dyui bildirib. O, belə bir etirazın şirkətin tarixində ilk tətil olduğunu deyir.

Qeyd edək ki, etiraz aksiyasının tarixi də təsadüfən seçilməyib - bu gün 2024-cü il Oskar namizədlərinin açıqlanması nəşrlər üçün mühüm xəbər günüdür. Məhz çərşənbə axşamı 8:30-da 2024-cü il Oskar nominasiyalarının elanı verilir.

"Vogue"dan ilhamlanmış qondarma Runway jurnalı haqqında"The Devil Wears Prada" filmində rol alan aktrisa Enn Hathaway də işçilərə dəstək olub. O, "Vanity Fair" fotosessiyasından imtina edib.

Nyu-Yorka fotosessiyaya gələndə aktrisa hər şeydən xəbərsiz olub.

"İşçilər məlumat verəndə o, nə baş verdiyini bilən kimi stuldan qalxıb getdi"- deyə mənbə bildirib.

X/Twitter-də yayımlanan videolarda nümayişçilərin əllərində "İşdən çıxarmalar dəbdən düşüb" yazılı lövhələr tutduğu görünür. Nümayişçilər həmçinin "Vogue"jurnalının baş redaktoru Anna Vintur haqqında da plakatlar tutublar.

Qeyd edək ki, "Condé Nast"ın CEO-su Rocer Linç 2023-cü ilin noyabrında şirkətin 300-dən çox işçini işdən çıxaracağını və səmərəliliyi artırmaq üçün digər xərcləri azaldacağını açıqlayıb.

Nəşriyyatın əsası 1909-cu ildə "Condé Montrose Nast" tərəfindən 1892-ci ildə sosial və moda xəbərlərini işıqlandıran həftəlik jurnal "Vogue"un alınması ilə qoyulub.

Sonradan Nəşriyyat profilini genişlənərək "House & Garden", "Vanity Fair", "Glamour və American Golfer"i də əhatə edib. Şirkət həmçinin 1916-cı ildə "British Vogue" jurnalını təqdim edib.

Milli.Az


Etiketlər:  Məşhur nəşriyyatın işçiləri tətil elan etdi FOTO


RƏYLƏR