Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe "Real Madrid"də fantastik məbləğ qazanacaq

Mbappe

Tarix: 25 Yanvar 2024 19:10

PSJ-nin hücumçusu Kilian Mbappenin yayda "azad agent" statusu ilə "Real Madrid"ə transferi 450 milyon avroya başa gələcək.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Bild" nəşri yazır.

Mənbənin məlumatına görə, Mbappe "kral klubu"ndan 5 illik müqavilə müddəti ərzində ödəniləcək illik 70 milyon avro maaş istəyir.

Bundan əlavə, forvard 100-125 milyon avro üstəgəl bonuslar və meneceri olan anası üçün mövsümi bonus istəyir.

Xatırladaq ki, "Real" uzun müddətdir ki, Mbappe ilə maraqlanır. Son məlumatlara görə, artıq futbolçuya müqavilə şərtləri təklif edilib.

Eyni zamanda, "Liverpul"u da hücumçunu heyətinə qatmaq istəyir, lakin Kilian Madrid təmsilçisinə keçməyə maraqlıdır.

Fransız futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 26 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının məlumatına görə, Mbappenin bazar dəyəri 180 milyon avrodur.

Milli.Az


Etiketlər:  Mbappe Real Madriddə fantastik məbləğ qazanacaq


RƏYLƏR