Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tinadan yeni qalmaqal: daha bir türk ölkəsinə qarşı...

Tinadan yeni qalmaqal: daha bir türk ölkəsinə qarşı...

Tarix: 25 Yanvar 2024 23:16

Rusiyalı jurnalist və prodüser Tina Kandelaki diqqətini Qazaxıstanda rus dilinin "əzilməsindən" Qırğızıstandakı "vəziyyətə" çevirib. O, Bişkek rayonlarının adlarının dəyişdirilməsini Ukraynadakı dekommunizasiya ilə müqayisə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı yazır.

Kandelaki Qırğızıstan deputatlarının paytaxtın Pervomayski, Oktyabrski, Leninski və Sverdlovski rayonlarının adlarının dəyişdirilməsi ilə bağlı qərarından narazılığını bildirib. O qeyd edib ki, bu yolla Qırğızıstan vətəndaşları "tarixdən məhrum edilirlər".

"Qırğızıstan deputatları "milli ideologiyanı gücləndirmək, habelə tarixi ənənələrə və dəyərlərə əsaslanan vətəndaşların mənəvi-əxlaqi tərbiyəsini yaxşılaşdırmaq" bəhanəsi ilə rayonların adlarının dəyişdirilməsini təbliğ edirlər. Əgər Qırğızıstanda əhalinin əksəriyyəti qırğız dilində yox, rus dilində danışırsa, hansı ideologiya ola bilər? Niyə hər şey çətinləşdirilir?" - Kandelaki Teleqram kanalında qeyd edib.

Bu cür təxribat xarakterli paylaşım Qırğızıstan ictimaiyyətinin narazılığına səbəb olub. Buna görə də status jurnalistin Teleqram kanalından silinib, lakin istifadəçilər bəyanatın skrin-şotlarını saxlaya biliblər.

Qeyd edək ki, Kandelaki bundan öncə qazaxları aşağıladığı üçün onun Qazaxıstana girişi qadağan edilib.

Milli.Az


Etiketlər:  Tinadan yeni qalmaqal daha bir türk ölkəsinə qarşı


RƏYLƏR