Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Texas müstəqil ölkə olmaq istəyir

Texas müstəqil ölkə olmaq istəyir

Tarix: 26 Yanvar 2024 07:16

ABŞ-ın Texas ştatı müstəqil dövlət olmaq istəyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyusvik" jurnalı məlumat yayıb.

Texasda immiqrasiya qalmaqalları fonunda ABŞ-dan ayrılma çağırışları güclənib. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikan-məftilli səddi sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub.

"Texit" hərəkatının lideri Daniel Miller bu vəziyyətdən istifadə etməyə çalışaraq ABŞ-da başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb.

Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib. O, 139 456 səs toplayıb . Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək, "Texit"dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyi tərəfdarları üçün uğursuzluqla nəticələnib.

Milli.Az


Etiketlər:  Texas müstəqil ölkə olmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ