Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 12:32
Müxtəlif ölkələrdə öz maraqları naminə dövlət çevrilişi edə biləcəyinə inanan Qərb Rusiyada inqilab təşkil etməyi düşünür, amma buna nail olmayacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
"Qərb, ilk növbədə ABŞ kəşfiyyatı öz texnologiyasının arzuolunmaz rejimləri devirmək gücünə ürəkdən inanırdı. Açığı desək, xaos, minlərlə insanın ölümü və dağıntılarla xatırlanan "Ərəb baharı" faciəsinin məsuliyyəti onların üzərindədir. Qərb ölkələri, ilk növbədə ABŞ Ukraynanın Maydan faciəsinə görə də məsuliyyət daşıyır. Dünya bu faciənin nəticələri ilə hələ də üzləşməkdədir. Bu cür uğurlardan başı gicəllənən qərblilər Rusiyanın da öhdəsindən eyni şəkildə gələ biləcəklərini düşünürdülər. Bunların heç biri, əlbəttə ki, nəticə vermədi və alınmayacaq", - o bildirib.