Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp Kerrolla 83,3 milyon dollar ödəməli olacaq

Tramp Kerrolla 83,3 milyon dollar ödəməli olacaq

Tarix: 27 Yanvar 2024 10:28

Nyu-Yorkda münsiflər heyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampın onu zorlama və böhtanda ittiham edən yazıçı Elizabet Cin Kerroll-a 83,3 milyon dollar ödəməli olduğu barədə qərar çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərar elan edilən zaman Tramp məhkəmədə olmayıb. O, yerli vaxtla saat 16:00 radələrində (27 yanvar Bakı vaxtı ilə 01:00 - red.) oranı tərk edib.

Bu, iş üzrə ikinci məhkəmə prosesidir. Bu dəfə söhbət yalnız Trampın ifadələrinin onun karyerasına xələl gətirdiyinə və mənəvi zərər verdiyini qeyd edərək, iddiaya əlavə edən yazıçıya ödənilən ödənişlərin məbləğindən gedir. İclas ərəfəsində Tramp təqsirsiz olduğunu bildirib və Kerrollun ittihamlarını rədd edib.

Tramp münsiflər heyətinin qərarını tamamilə gülünc adlandırıb.

"Bu tamamilə gülüncdür! Mən hər iki hökmlə qətiyyən razı deyiləm və (ABŞ prezidenti Co) Baydenin mənə və Respublikaçılar Partiyasına qarşı bu "cadugar ovu" ilə bağlı şikayət edəcəyəm", - o, "Truth Social" səhifəsində yazıb.

Milli.Az


Etiketlər:  Tramp Kerrolla 833 milyon dollar ödəməli olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ