Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğandan Qafqaz AÇIQLAMASI: "Onun əsasında bu həqiqət dayanır"

Ərdoğandan Qafqaz AÇIQLAMASI:

Tarix: 27 Yanvar 2024 22:58

"Genişlənən siyasi təsir dairəsi, miqyası və sayca artan iqtisadi əlaqələr, dərinləşən ictimai münasibətlər, tarixi-mədəni irsin canlanması, başqa sözlə, güclənən Türkiyə reallığı sayəsində gözümüzü yummaq və ya dünyada baş verən demək olar ki, hər hansı problemdən üz döndərmək lüksümüz yoxdur".

Milli.Az publika.az-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir rayon bələdiyyə sədrliyinə namizədlərin irəli sürülməsi ilə bağlı keçirilən iclasda çıxışı zamanı deyib.

"Rusiya-Ukrayna müharibəsini sülh yolu ilə sona çatdırmaq cəhdlərimizdə həqiqət var. Balkanlarda və Qafqazda hər bir inkişafa diqqət yetirməyimizin və bu proseslərdə fəal iştirakımızın əsasında bu həqiqət dayanır. Bu həqiqət bizim Mərkəzi Asiyadan Cənubi Asiyaya, Avropadan Afrikaya qədər geniş bir ərazidə qurduğumuz geniş əlaqələr şəbəkəsinin əsasını təşkil edir. Qəzza zolağında fələstinlilərə qarşı törədilən zülmə, qırğınlara və qeyri-insani vəhşiliklərə verdiyimiz ən sərt cavabın əsasında da eyni həqiqət dayanır", - deyə Ərdoğan bildirib.

Milli.Az


Etiketlər:  Ərdoğandan Qafqaz AÇIQLAMASI Onun əsasında bu həqiqət dayanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ